PANİK ATAKTIN MÜALİCƏ ÜSULLARI HANSIDIR?
Dərman və ya psixoterapiya panik atakların müalicəsində fəal şəkildə istifadə edilən üsullardır. Bu iki üsul ayrı və ya birlikdə tətbiq oluna bilər. Bir çox tədqiqatlar, psixoterapiya üsullarının panik atak keçirənlərin özlərini daha yaxşı hiss etmələri, fiziki əlamətlərini düzgün şərh etmələri və qaçınmalarını azaltmaq üçün faydalı olduğunu göstərmişdir.
PSİXOTERAPİYA NƏDİR?
Psixoterapiya düşüncə və davranışa əsaslanan üsullarla həyatı çətinləşdirən psixoloji vəziyyətlər barədə məlumatlılığı artırmaq və mübarizə bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyan danışmağa əsaslanan elmi metoddur.
PANİK ATAK VƏ PSİXOTERAPİYA
Panik atak, insanın normal olaraq təhlükəli olmayan fiziki və ya psixoloji simptomları (məsələn, ürək döyüntüsü, təngnəfəslik, arzuolunmaz fikir və s.) təhlükəli qəbul etməsi ilə başlayan və yüksək narahatlıq səviyyəsi və bir çox fiziki simptomlar ilə müşayiət olunan vəziyyətdir. Psixoterapiyanın məqsədi panik atak keçirən insanın bu fiziki və psixoloji tətikləri, idrak təhrifləri dediyimiz düşüncə səhvlərini və ya bu qavrayışla əlaqəli ola biləcək travmatik xatirələri qəbul etmə tərzinə müdaxilə etməkdir.
Belə ki, müxtəlif üsullardan istifadə etməklə fərdin bu əlamətləri daha dəqiq başa düşməsi və onlara qarşı həssaslığının azaldılması hədəflənir. Bu prosesdə bəzən real olmayan bir inanca müdaxilə edilir, bəzən davranış müdaxilələri ilə tətiklər yenidən qurulur, bəzən də bununla bağlı travmatik xatirələr tədqiq edilr. Psixoterapiya prosesi həmçinin atakların yenidən yaşanması ilə bağlı narahatlığı azaltmağı və qaçınmanın qarşısını alaraq fərdin həyat keyfiyyətini yüksəltməyi hədəfləyir.
Bu prosesdə istifadə olunan müalicə üsulları:
PANİK ATAK TERAPİYASININ MĞDDƏTİ
Psixoterapiya patiyentin aktiv rol aldığı bir prosesdir. Buna görə də, terapiyanın müddəti müştəri və şəxsiyyət xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər. Bundan əlavə, problemin müddəti, simptomların tezliyi və şiddəti və digər mövcud psixoloji pozğunluqlar terapiyanın müddətində müəyyənedici ola bilər. Bütün bunları nəzərə alsaq, panik atak prosesi zamanı müalicələr 6-12 seans, bəzi hallarda isə daha uzun sürə bilər. Psixoterapiya uzunmüddətli bir proses olsa da, çox vaxt ilk görüşdən mövcud vəziyyətlə bağlı irəliləyişləri və inkişafları göstərə bilər.
NORA PSİXOLOGİYASINDA PANİK ATAK TERAPİYALARI
Panək ataklar keçirirsənizsə, psixoloqla görüş fiziki simptomlarınızı başa düşmək və gündəlik həyatınızı çətinləşdirən vəziyyətləri aradan qaldırmaq üçün əhəmiyyətli bir töhfə verə bilər. Bizimlə əlaqə saxlayaraq üzbəüz və ya onlayn terapiya ilə bu sahədə təcrübəli mütəxəssislərimizdən kömək ala bilərsiniz.
Mövzu ilə bağlı digər məqalələrimiz: