ANKSİYETE POZUNTUSU NƏDİR?

ANKSİYETE POZUNTUSU Anksiyete və ya narahatlıq, pis bir şeyin baş verəcəyindən narahat olduğumuz zaman meydana gələn əsassız bir qorxu və narahatlıq vəziyyəti kimi müəyyən edilə bilər. Gündəlik həyatda qarşılaşılan problemlərlə bağlı müəyyən qədər narahatlıq hiss etmək normal olsa da, ‘ anksiyete pozuntusu’ və ya ‘ anksiyete atakı ‘  ciddi şəkildə yaşanan narahatlıq, qorxu və narahatlıq vəziyyətidir. Beləliklə, bu, insanın həyat keyfiyyətinin pisləşməsinə, münasibətlərinin və funksionallığının pozulmasına səbəb ola bilər. Məqaləmizin davamında bir anksiyete pozuntusunun səbəbləri, simptomları və müalicəsi haqqında məlumat tapa bilərsiniz.

ANKSİYETE POZUNTUSUNUN ƏLAMƏTLƏRİ

Anksiyete atakının simptomları tətikdən və insanın buna necə reaksiya verdiyindən asılı olaraq yüngül, orta və ya ağır ola bilər. Ümumi fiziki əlamətlər tənəffüs çətinliyi, sürətli ürək döyüntüsü, tərləmə, istilenme, sinə ağrısı, əzələ gərginliyi, titreme, ürəkbulanma, boğazda tıxanma hissi və ağız quruması ola bilər. Digər ümumi simptomlar narahatlıq və əsəbi hiss etmək, asanlıqla əsəbiləşmək, tez yorulmaq, gecələr yata bilməmək, ağlama və yemək  yemə problemləridir. Bu simptomlar anksiyete atakının şiddətinə görə fərqlənə bilər.

ANKSİYETE POZUNTUSUNUN SƏBƏBİ NƏDİR?

Anksiyete pozuntusu müəyyən bir stresli hadisə ilə baş verə bilər. Məsələn, sosial anksiyete pozuntusu problemi olan bir insan, izdihamlı bir mühitə girərkən və ya bir qrup qarşısında çıxış edərkən anksiyete atakı keçirə bilər. Yaxud hündürlük qorxusu olan bir insan üçün hündürlükdə olmaq anksiyete atakına səbəb ola bilər. Stressli həyat hadisələri, münasibətlərdəki problemlər və işdəki çətinliklər də anksiyete pozuntusuna səbəb ola bilər. Bu vəziyyətlər mükəmməllikçi, təfərrüat yönümlü və qurallara uyan şəxsiyyət xüsusiyyətləri, həmçinin qeyri-müəyyənliyə dözümsüzlük, məhdud ünsiyyət və stress idarə etmə bacarıqları ilə əlaqəli ola bilər. 

ANKSİYETE POZUNTUSU İLƏ PANİK ATTAK FƏRQİ

Anksiyete  vəpozuntusu və panik atak zamanı yaşanan simptomlar oxşardır. Həm panik atak, həm də anksiyete pozuntusu qorxu, ürək döyüntüsü, sinə ağrısı, nəfəs almaqda çətinlik və qeyri-real düşüncələri əqatə edə bilər. Ancaq panik ataklarda bu səmptomlar çox daha şiddətlidirlər. İnsan öləcəyinə həqiqətən inana bilər. Anksiyete pozuntusu və ya anksiyetenin müəyyən bir tətikçisi ola bilər. Məsələn, imtahan vermək, münasibətlərdəki problemlər və ya sağlamlıq problemləri kimi. Anksiyete pozuntusu panik atak  qədər şiddətli deyil və adətən insan narahat hiss etdikdə tədricən inkişaf edir. Panək pozuntusunda görülən panik atakda xüsusi bir tetikleyici yoxdur və panik pozuntusunun bir əlaməti ola bilər. İnsan nəzarətini itirməkdən və ya ölməkdən qorxacaq qədər güclü fiziki və emosional simptomlar əhatə edir. Adətən birdən və gözlənilmədən baş verir və bir neçə dəqiqədən bir saata qədər davam edir, lakin mənfi təsiri davam edə bilər.

ANKSİYETE POZUNTUSU ÜÇÜN HANSI MÜTƏXİSƏSİNƏ MƏSLƏHƏT EDİLMƏLİDİR?

Anksiyete pozuntulari insanın düşüncəsinə, emosiyalarına, stresslə mübarizə aparmasına, ünsiyyətinə, problem həll etmə bacarıqlarına və s. psixoloji prosesləri ehtiva edən bir proses olduğundan belə hallarda psixoloq dəstəyi almaq vacibdir. Uzun illər aparılan elmi araşdırmaların ümumi nəticəsi psixoterapiyanın anksiyete pozuntuları üzərində olmasıni göstərir. Düzgün mütəxəssisin dəstəyi ilə anksiyete pozuntusu və bununla bağlı problemlərin gündəlik həyata təsirləri aradan qaldırıla bilər. İstəyirsinizsə, Nora PsixologiyanınTürkiyədəki təcrübəli psixoloqlarından onlayn terapiya ilə bağlı dəstək ala bilərsiniz.

Mövzu ilə bağlı digər məqalələrimiz:

PANİK ATAKTIN MÜALİCƏ ÜSULLARI HANSIDIR?

PANİK ATAKIN MÜALİCƏSİ NECƏDİR?

PSİXOLOJİ NƏFƏS DARLIĞI VƏ ÜRƏK DÖYÜNTÜSÜ HİSS ETMƏK

Bu içeriği paylaşın